
İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub.
Sportnet.az xəbər verir ki, gələn mövsüm Çempionlar Liqasında (ÇL) mübarizə aparacaq klublar müəyyənləşib.
Çempion “Liverpul”, ikinci yeri tutan “Arsenal”, bürünc mükafatçı “Mançester Siti”, həmçinin müvafiq olaraq dördüncü və beşinci yeri tutan “Çelsi” və “Nyukasl” ÇL-də oynamaq hüququ qazanıb.
“Tottenhem” Avropa Liqasının qalibi kimi ÇL-də İngiltərəni təmsil edəcək. London klubu Premyer Liqanı 17-ci yerdə başa vurub.