
"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında unikal göstəriciyə imza atıb.
Sportnet.az xəbər verir ki, 32 yaşlı hücumçu turnirin tarixində bir mövsümdə “Ən yaxşı oyunçu”, “Ən yaxşı oyun qurucusu” və "ən yaxşı bombardir" mükafatlarını qazanan ilk oyunçu olub.
Salah bitən mövsümdə 29 qol və 18 məhsuldar ötürmə müəllifi olub. Misirli futbolçu bir mövsümdə qol hərəkəti sayı üzrə Endi Koul və Alan Şirerin rekordunu təkrarlayıb. Bununla belə, onların 38 yox, 42 liqa oyunu var idi.
Qeyd edək ki, “Liverpul” 84 xalla çempion olub.