
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna səbəb 21 yaşlı hücumçunun "Neftçi-2"nin heyətində "Sabah-2" komandasına qarşı Əvəzedicilər Liqasının XXXVI tur matçında rəqibin boğazından yapışdığı üçün birbaşa qırmızı vərəqə alması olub.
İntizam Komitəsi 54-cü dəqiqədə baş vermiş bu hərəkəti təcavüzkar davranış kimi dəyərləndirib və klubu 300 manat cərimələyib.
"Neftçi-2" daha 70 manat cəriməni 4 üzvünün sarı vərəqə alması səbəbindən ödəyəcək.
90+3-cü dəqiqədə “Sabah-2”nin analitiki Cəbrayıl Qəmbərov oyun zamanı meydana kənar əşya - əlavə top atdığına görə birbaşa qırmızı vərəqə alıb. Ona 4 oyunluq cəza, klubuna 350 manat cərimə tətbiq edilib.
Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Sabah-2” daha 80 manat ziyana düşüb.