
"Bizi çox böyük oyun gözləyir. Hər iki tərəf üçün böyük oyundur".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının futbolçusu Pavol Şafranko "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçından əvvəl mətbuat konfransında deyib.
Slovakiyalı hücumçu qələbə üçün əllərindən gələni edəcəklərinə söz verib: "Biz ilk dəfə finalda oynayacağıq. Hər titulu qazanmaq önəmlidir, yaşlandığımı getdikcə hiss edirəm. Bütün titullarım mənim üçün eynidir".
Şafranko oyunun keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu barədə də danışıb: "Çox yaxşı yeni arenadır. Ot örtüyü çox yaxşıdır. Sonuncu orada oynadığımı oyunda qəlıbə qazanmışıq. İnanıram ki, yenə elə olacaq”.