
"Araz-Naxçıvan" klubu daha bir futbolçu ilə başa çatan müqaviləni yeniləyib.
Sportnet.az xəbər verir ki, Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək.
Cinah müdafiəçisi ilə anlaşma 1 il müddətini əhatə edəcək.
Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasını 3-cü pillədə başa vuraraq, UEFA Konfrans Liqasına vəsiqə qazanıb.