
İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Türkiyə Super Liqasını tərk edən "Adana Demirspor"a qarşı qaldırdığı təzminat iddiasını qazanıb.
Sportnet.az "Sportitalia"ya istinadən xəbər verir ki, gələn mövsüm I Liqada mübarizə aparacaq klub Balotelliyə 3 milyon 150 min avro ödəməlidir.
Adana komandasında iki fərqli dönəmdə forma geyinmiş qalmaqallı hücumçu 51 oyunda 26 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycan milli komandasının və "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev