
Bu gün futbol üzrə Azərbaycan milli komandası Latviya yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Sportnet.az xəbər verir ki, Riqadakı “Skonto” stadionunda qonaq olacaq milli 2025-ci ildəki üçüncü oyununda qələbə qazanmaq niyyətindədir.
Portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında Azərbaycan millisi hələ buna nail ola bilməyib. İlin ilk 2 qarşılaşmasında yığma evdə Haitiyə 0:3, Belarusa 0:2 hesabı ilə uduzub.
Maraqlı məqam ondan ibarətdir ki, Emin Mahmudov millinin heyətində ilk qolunu 2018-ci ildə Latviyaya vurub.
Görüşü maltalı baş hakim Trustin Farrugia Kanna idarə edəcək.
Matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Riqa səfərindən sonra daha bir yoldaşlıq görüşünü iyunun 10-da "Liv Bona Dea Arena"da Macarıstana qarşı keçirəcək.
7 iyun
Yoldaşlıq görüşü
17:00. Latviya - Azərbaycan - 0:0 (İKİNCİ HİSSƏ)
Baş hakim: Trustin Farrugia Kann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitali Spasyonņikov (Latviya)
Riqa, "Skonto" stadionu.