1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Finalda "Barselona" və "Atletiko"nun futbolçularına qarşı oynadıq"
"Xəzər Lənkəran"da çıxış edən İbrahim Qədirzadə və Yusif Həsənov Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının heyətində Qazaxıstanda keçirilmiş "Prezident Kuboku”nda iştirakları barədə danışıblar. Sportnet.az-ın məlumatına görə, Qədirzadə klubun rəsmi saytına açıqlamasında Qazaxıstandan əla təəssüratlarla döndüyünü bildirib.
O deyib: "Belə turnirlərdə iştirak mənim üçün yaxşı təcrübə oldu. Turnirdən əvvəl Gürcüstanda təlim-məşq toplanışı keçdik, məncə, o toplanışın bəhrəsini gördük. Ən çətin oyun mənim üçün final görüşü oldu. İspaniya millisi səviyyə cəhətdən digər rəqiblərdən çox fərqlənirdi. Heyətlərində "Barselona”nın, "Atletiko”nun akademiyalarının futbolçuları var idi”.
Millidə klubdan fərqli olaraq daha çox müdafiəyə meyilli oyun sərgiləyən Qədirzadə bunu məşqçi təlimatları ilə izah edib: "Baş məşqçinin tapşırığına uyğun oynayıram. Millidə məndən daha çox müdafiənin qabağında oynamaq tələb olunur. Klubda isə baş məşqçimiz hücuma dəstək verməyimi istəyir, ona görə çempionatda daimi olaraq fərqlənirəm və uzaqdan qapını tez-tez yoxlayıram”.
Qədirzadə gələn il ölkəmizdə 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatını böyük həvəslə gözlədiyini deyib: "Bu turnirlər, tez-tez keçirdiyimiz təlim-məşq toplanışlarının hamısı AVRO-2016 üçün hazırlıqdır. Yaxşı hazırlaşmağımız üçün bütün şərait yaradılır. Turnirdə yaxşı iştirak edəcəyimizə inanıram”.
Həsənov isə turnirdə asan oyunun olmadığını düşünür: "Bütün oyunlar çətin keçdi. Buna baxmayaraq, yaxşı oyun göstərməyi bacardıq. Birinci yeri də tuta bilərdik, sadəcə penaltilərdə bəxtimiz gətirmədi”.
Təəssüf ki, Yusifin finala doğru yolunu Gürcüstanla oyunda aldığı zədə kəsib: "Bu oyunda möhkəm zədələndim. Heyif ki, zədənin ciddiliyi turnirin sonuna qədər oynamağıma imkan vermədi. Hələ bundan sonra da tam bərpa olunmağım üçün yəqin ki, 1-2 həftəyə ehtiyac olacaq”.
İstər "Xəzər Lənkəran”da, istərsə də millidə əsasən müdafiənin mərkəzində çıxış edən Həsənov "Prezident Kuboku”nda müdafiənin sağında qərarlaşmışdı. Futbolçu bu mövqeni özü üçün yeni adlandırıb: "Müəyyən çətinliklər var idi, amma ümumi olaraq özümü rahat hiss edirdim və diqqətli olmağa çalışırdım”.
Qeyd edək ki, Azərbaycan yığması turnirin finalında İspaniyaya penaltilər seriyasında uduzaraq, 2-ci yeri tutub.