
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal böyüklər üçün filmlərin sabiq ulduzu Klaudiya Bavel ilə əlaqələrini təkzib edib.
Sportnet.az "Sportskeeda"ya istinadən xəbər verir ki, 29 yaşlı aktrisa 17 yaşlı yarımmüdafiəçinin ona telefon mesajları göndərərək, evinə və məclislərə çağırdığını iddia edib.
O, Yamaldan səsli mesaj da aldığını söyləyib. Bavel yetkinlik yaşına çatmayan şəxslə görüşmək istəmədiyini də vurğulayıb.
İspaniyalı futbolçu isə bütün iddiaların yalan olduğunu söyləyib: "Dünən özü ilə danışdım. Məndə onun yazılarının skrinşotu var. Özümə yazır ki, bu, yalandır, heç nə deməyib və aydın məsələdir ki, heç vaxt görüşməmişik. Heç bir foto da ola bilməz. Onunla heç vaxt görüşməmişəmsə, birlikdə fotomuzun olması mümkün deyil. Bundan əlavə, o, evimə girə bilməz, çünki anamla birlikdə yaşayıram və anam evə heç bir qadını buraxmır.
Yəni, bütün bunların hamısı yalandır. Heç vaxt onu görməmişəm. Özündən də soruşa bilərsiniz. O, özünə bəraət qazandırmaq üçün deyə bilər ki, yetkinlik yaşına çatmayan şəxslə görüşmür. Amma biz ona görə görüşməmişik ki, mən ona "yox" demişəm".