
"Çox maraqlı, amma çətin oyunlar olacaq".
Bunu Sportnet.az-a açıqlamasında "Zirə"nin futbolçusu Junior Martins UEFA Konfrans Liqasında Xorvatiya "Hayduk"una qarşı keçirəcəkləri II təsnifat mərhələsinin qarşılaşmaları barədə danışarkən deyib.
26 yaşlı hücumçu bildirib ki, Split komandası ilə ilk matça daha yaxşı hazırlaşmaq lazımdır: "İyulun 23-də evdə keçirəcəyimiz ilk görüş bizim üçün daha vacibdir. Bu oyunu sərfəli nəticə ilə başa vurmalıyıq ki, Xorvatiyaya üstünlüklə yola düşək".
Braziliyalı forvard hazırda şansları bərabər qiymətləndirib: "Onların da yaxşı futbolçuları var. Əlimizdən gələnin yüz faizini edəcəyik ki, uğur qazanaq".
Qeyd edək ki, iki komanda arasında cacvab görüşü iyulun 31-də olacaq.