
“Neftçi” futbolçusu Filip Ozobiçlə başa çatan müqaviləni yeniləməyib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Ağ-qaralar" 34 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Filip Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.