
Bu gün "Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gələcək.
Sportnet.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.
Bu, hər iki kollektivin ilk yoxlama matçı olacaq.
Daha sonra komandalar xaricə toplanışa üz tutacaqlar.
"Qarabağ" UEFA Çempionlar Liqasına Avstriyada, "Zirə" Konfrans Liqasına Türkiyədə hazırlaşacaq.