
Nigeriya milli komandasının keçmiş qapıçısı Piter Rufai vəfat edib.
Sportnet.az xəbər verir ki, sabiq qolkiper 61 yaşında ikən dünyasını dəyişib.
O, karyerası ərzində Belçika, Niderland, İspaniya və Portuqaliya klublarında çıxış edib.
Millidə isə Rufai 1994-cü il Afrika Millətlər Liqasının qalibi olub. Mərhum qapıçı DÇ-1994 və DÇ-1998-də də çıxış edib. Rufai "super qartallar"ın heyətində 66 oyun keçirib, Afrika Kubokunda Efiopiyaya qarşı görüşdə penaltidən qol vurub.