
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Hayduk” klubu futbolçusu Dominik Prpiçin satışı ilə tarixinin ən böyük transferlərindən birini reallaşdıra bilər.
Sportnet.az xəbər verir ki, Split təmsilçisi 21 yaşlı oyunçunun keçidinə dair Portuqaliyanın “Portu” klubu ilə razılığa gəlib.
“Hayduk” bu transferdən 5 milyon avro sabit transfer haqqı və 1 milyon avro bonus əldə edəcək. Bundan əlavə, klub futbolçunun gələcək transferindən 15% pay almaq hüququnu da qoruyub saxlayacaq.
Prpiçin bu gün tibbi müayinədən keçəcəyi və ardınca “Portu” ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.
Bu keçid, bonusların reallaşmasından və növbəti satış qiymətindən asılı olaraq, “Hayduk” klubunun tarixindəki ən iri transferlərdən biri ola bilər.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində “Hayduk”la iyulun 23-də evdə qarşılaşacaq. 8-ci km stadionunda ("Neftçi Arena") təşkil olunacaq ilk matç saat 19:30-da başlanacaq. Cavab oyunu isə 31 iyulda Bakı vaxtı ilə saat 23:00-da Split şəhərindəki "Polyud" stadionunda olacaq.