
“İlk növbədə, Azərbaycanda futbol mövsümünün başlaması münasibətilə hər kəsi təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının qapıçısı Stas Pokatilov evdə Sloveniya "Tsele"sinə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Qazaxıstanlı qolkiper bu matçı səbirsizliklə gözlədiklərini bildirib: "Görüşə ciddi hazırlaşırıq. Rəqibimizin çox güclü və möhkəm bir komanda olduğunu bilirik. Onların həm üstün, həm də zəif cəhətlərini analiz edirik və bu istiqamətdə işləyirik. Deyə bilərəm ki, komandamız bu oyuna tam hazırdır".
Pokatilov yeni baş məşqçinin üslubunun onun xoşuna gəldiyini bildirib: "Əvvəlki məşqçilər heyətinə çox təşəkkür edirəm ki, onlarla bərabər tarix yazaraq, ilk titulu qazandıq. Amma yeni baş məşqçinin üslubu, qapıçıdan istəyi, tələbləri çox xoşuma gəlir. Komandada ab-hava da əladır. Qarşıdakı oyunu da səbirsizliklə gözləyirik".