
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" klubu yeni transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayevi heyətinə qatıb.
33 yaşlı oyunçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Araz Abdullayev son olaraq "Qaradağ Lökbatan"da çıxış edib.