
"Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Hayduk” klubunun stadionu təmir olunacaq.
Sportnet.az xəbər verir ki, bununla bağlı Split təmsilçisinin rəhbərliyi ilə şəhər Meriyası arasında görüş təşkil olunub.
Tərəflər arasında əldə olunan razılığa əsasən, "Polyud" stadionunun təmiri üçün alpinistlər dəvət olunacaqlar.
Alpinistlər arenanın zədələnmiş dam örtüyünün bərpasında iştirak edəcəklər.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk görüşünü iyulun 23-də evdə, cavab oyununu iyulun 31-də səfərdə keçirəcək.
Bir neçə gün öncə Split şəhərində baş vermiş güclü külək və yağışlar cavab matçının təşkil olunacağı "Polyud" stadionunun dam hissəsini zədələyib.