
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" komandası növbəti yoxlama matçına çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib İordaniya təmsilçisi "Əl-Hüseyin" olub.
"Fanatik Tur Meydançaları"nda keçirilmiş görüş Rəşad Sadıqovun baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 45-ci dəqiqədə yeni transfer Brahim Konate vurub.
Qeyd edək ki, daha əvvəl Bakıda "Qarabağ"a 0:4 hesabı ilə məğlub olmuş "Zirə" Türkiyədə "Ankara Keçiörengücü"yə qalib gəlib - 2:1.
"Qartallar" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də Bakıda, cavab görüşü iyulun 31-də Splitdə keçiriləcək.