
"Baş məşqçimiz Qonsalo Qarsiyanın rəhbərliyi altında səylə çalışırıq. Hər gün iki məşq edirik. Avropaya hazır olacağıq".
Sportnet.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə üz-üzə gələcək Xorvatiya "Hayduk"unun futbolçusu Entoni Kalik deyib.
28 yaşlı yarımmüdafiəçinin fikrincə, hazırda komandada hər şey qaydasındadır: "Hazırlıqlara yenicə başlamışıq. Gələcəkdə daha yaxşı olacağıq. Biz nə istədiyimizi bilirik, heç bir vədimiz yoxdur. Amma bütün gücümüzü sərf edəcəyik".
Avstraliyalı oyunçu Qarsiyanın üstünlüklərindən də danışıb: "O, taktikaya xüsusi diqqət yetirir, bizdən nə istədiyini bilir. Biz bunların hamısını yaxşı başa düşürük. Yeni baş məşqçinin rəhbərliyi altında oyunumuzu daha yaxşı qururuq".
Qeyd edək ki, "Zirə" və "Hayduk" arasında ilk oyun iyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena"), cavab görüşü isə iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda keçiriləcək.