
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası daha bir yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib qardaş ölkənin I Liqasında çıxış edən "Çorum" komandası olub.
Azərbaycan təmsilçisi qarşılaşmadan qələbə ilə ayrılıb - 2:0. Qolları Abdul Aziz Batibie 60-cı, Şahmar Aşurov 71-ci dəqiqədə vurub.
Qeyd edək ki, daha əvvəl Bakıda "Qarabağ"a 0:4 hesabı ilə məğlub olmuş "Zirə" Türkiyədə "Ankara Keçiörengücü"yə 2:1, İordaniyanın "Əl Hüseyin" komandasına 1:0 hesabı ilə qalib gəlib.
"Qartallar" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də Bakıda, cavab görüşü iyulun 31-də Splitdə keçiriləcək.