
Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının II seçmə mərhələsindəki potensial rəqibləri olan Şimali İrlandiyanın "Linfild" klubu ilə İrlandiyanın "Şelburn" komandaları cavab oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, Belfastdakı "Vindzor Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Komandalar arasında keçirilən ilk oyunda "Şelburn" minimal hesablı qələbə qazanıb.
Günün digər oyununda isə Belarusun "Dinamo Minsk" kollektivi ilə Bolqarıstan "Ludoqorets"i üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul
22:45 "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) (ilk oyun - 0:1)
22:45 "Dinamo Minsk" (Belarus) - "Ludoqorets" (Bolqarıstan) (0:1)
15 iyul
19:00 "Kayrat" (Qazaxıstan) 2:0 "Olimpiya" (Sloveniya) (ümumi hesab - 3:1)
19:30 "Linkoln Red İmps" (Cəbəllütariq) 1:0 "Vikinqur" (Farer adaları) (4:2)
21:00 "Malmo" (İsveç) 3:1 "İberiya" (Gürcüstan) (6:2)
21:00 "Milsami" (Moldova) 0:0 "KuPS Kuopio" (Finlandiya) (0:1)
21:00. RFŞ (Latviya) 1:0 "Levadiya Tallin" (Estoniya) (2:0)
21:00 "Hamrun" (Malta) 2:0 "Jalqiris" (Litva) (2:2, penaltilər - 11:10)
22:00 "Differdanj" (Lüksemburq) 2:3 "Drita" (Kosovo) (2:4)
22:00 "Şkendiya" (Şimali Makedoniya) 2:1 TNS (Uels) (2:1)
22:30 "İnter Klub Eskaldes" (Andorra) 2:1 FCSB (Rumıniya) (3:4)
23:00 "Breydyablik" (İslandiya) 5:0 "Eqnatiya" (Albaniya) (5:1)
23:00 "Buduçnost" (Monteneqro) 2:2 "Noa" (Ermənistan) (2:3)
23:00 "Zrinski" (Bosniya və Herseqovina) 2:1 "Virtus" (San Marino) (4:1).