
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cütləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu raundda İrlandiyanın "Şelburn" klubu ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə iyulun 30-da evdə keçirəcək.
"Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi isə iyulun 21-də təşkil olunacaq püşkatmada bilinəcək. Bakı vaxtı ilə 10:30-da mümkün rəqiblərin sayı 4-ə düşəcək. Püşkatma mərasimi saat 14:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
"Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)
RFŞ (Latviya) - "Malmö" (İsveç)
"Hamrun" (Malta) - "Dinamo Kiyev" (Ukrayna)
"Pafos" (Kipr) - "Makkabi Təl-Əviv" (İsrail)
"Linkoln Red İmps" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya)
"Noa" (Ermənistan) - "Ferentsvaroş" (Macarıstan)
"Lex" (Polşa) - "Breydablik" (İslandiya)
"Kopenhagen" (Danimarka) - "Drita" (Kosovo)
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan)
"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya)
"Slovan Bratislava" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)
"KuPS Kuopio" (Finlandiya) - "Kayrat" (Qazaxıstan)
"Brann" (Norveç) - "Zaltsburq" (Avstriya)
"Viktoriya Plzen" (Çexiya) - "Servett" (İsveçrə)
"Reyncers" (Şotlandiya) - "Panatinaikos" (Yunanıstan).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 22-23 iyulda, cavab oyunları isə 29-30 iyulda keçiriləcək.