
"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"una iki oyunun nəticəsində uduzsa, "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlub komandası ilə üz-üzə gələcək.
İlk oyun 7 avqustda səfərdə, cavab görüşü 14 avqustda evdə keçiriləcək.