
Növbəti mövsüm hazırlıqlarını davam etdirən Azərbaycan Premyer Liqası təmsilçiləri “Şamaxı” və “Karvan” yoxlama oyunu keçiriblər.
Sportnet.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma “şirlər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda qolları Abdullahi Şuaybunu və Bilal İsmayılov vurub.
Qeyd edək ki, hazırlıqlara iyulun 5-dən başlayan Ayxan Abbasovun yetirmələri 26-na qədər Qəbələdə 5 yoxlama oyunu planlaşdırıb. Toplanışa iyunun 26-da start verən Azər Həşimovun kollektivi isə iyulun 30-da Ağsu şəhər stadionunda “İmişli” ilə qarşılaşacaq.