
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz Naxçıvan"la qarşılaşacaq Yunanıstan "Aris" klubu iştirak ərizəsini açıqlayıb.
Sportnet.az xəbər verir ki, Saloniki təmsilçisi 21 futbolçunu sifariş edib.
Qapıçılar: Lovro Maykiç (Xorvatiya, 25 yaş), Xulian (İspaniya, 34 yaş), Giorgos Atanasiadis (Yunanıstan, 32 yaş)
Müdafiəçilər: Fabiano Leysmann (Braziliya, 33 yaş), Yakub Brabets (Çexiya, 32 yaş), Alvaro Texero (İspaniya, 29 yaş), Martin Fridek (Çexiya, 33 yaş), Pedro Alvaro (Portuqaliya, 25 yaş), Noah Fadiga (Belçika, 25 yaş), Hamza Mendil (Mərakeş, 27 yaş).
Yarımmüdafiəçilər: Monçu (İspaniya, 25 yaş), Uroş Raçiç (Serbiya, 27 yaş), Mixail Panagidis (Yunanıstan, 21 yaş), Fredrik Yensen (Finlandiya, 27 yaş).
Hücumçular: Karlos Peres (İspaniya, 27 yaş), Anastasios Donis (Yunanıstan, 28 yaş), Dudu (Braziliya, 23 yaş), Konstantinos Xaroupas (Yunanıstan, 17 yaş), Yannis Gianniotas (Yunanıstan, 32 yaş), Loren Moron (İspaniya, 31 yaş), Kleyton Silverio Diandi (Seneqal, 18 yaş).
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.