
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin Xorvatiyada "Riyeka" və Bolqarıstan "Ludoqorets"i arasındakı ilk oyununu idarə edib.
Sportnet.az xəbər verir ki, Riyeka şəhərindəki eyniadlı arenada təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.
Qarşılaşmanın yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakimi Fərid Hacıyev olub. İtaliyalı VAR hakimi Canluka Orelyanoya daha bir azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev yardımçı olub.
Məsiyev meydan sahiblərinin 5, qonaqların 2 futbolçusuna sarı vərəqə göstərib.
Bu, həm də günün son matçı olub. Digər qarşılaşmalar belə nəticələnib:
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
22 iyul
19:00. "KuPS Kuopio" (Finlandiya) - "Kayrat Almatı" (Qazaxıstan) - 2:0
20:00. "Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya) - 0:1
20:00. "Noa" (Ermənistan) - "Ferentsvaroş" (Macarıstan) - 1:2
21:00. RFS (Latviya) - "Malmö" (İsveç) - 1:4
21:00. "Hamrun" (Malta) - "Dinamo Kiyev" (Ukrayna) - 0:3
21:00. "Pafos" (Kipr) - "Makkabi Təl-Əviv" (İsrail) - 1:1
21:00. "Kopenhagen" (Danimarka) - "Drita" (Kosovo) - 2:0
21:00. "Viktoriya Plzen" (Çexiya) - "Servett" (İsveçrə) - 0:1
22:00. "Şkendiya" (Şimali Makedoniya) - FCBC (Rumıniya) - 1:0
22:15. "Slovan Bratislava" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) - 4:0
22:30. "Lex Poznan" (Polşa) - "Breydablik" (İslandiya) - 7:1
22:45. "Reyncers" (Şotlandiya) - "Panatinaikos" (Yunanıstan) - 2:0
22:45. "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) - 0:0
23 iyul
21:00 "Brenn" (Norveç) - "Zaltsburq" (Avstriya)
22:45 "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)