
Azərbaycan klublarının avrokuboklardakı ilk oyunlarının hamısı televiziya vasitəsilə canlı yayımlanacaq.
Sportnet.az xəbər verir ki, qarşılaşmalardan 3-nü CBC Sport telekanalı ekranlara gətirəcək.
Bu gün saat 19:30-da "Zirə"nin Xorvatiya "Hayduk"u ilə UEFA Konfrans Liqasında, saat 22:45-də isə "Qarabağ"ın İrlandiya "Şelburn"u ilə Çempionlar Liqasında II təsnifat mərhələsində keçirəcəyi görüşləri sözügedən kanalda izləmək mümkün olacaq.
CBC Sport iyulun 24-də "Araz-Naxçıvan"ın Yunanıstan "Aris"inə qarşı Konfrans Liqasının II təsnifat mərhələsi matçını da tamaşaçılara saat 20:00-da təqdim edəcək.
"Sabah"ın eyni turnirdə "Petrokub"a qarşı Moldovadakı matçını yayımlamağı isə İTV kanalı öz öhdəsinə götürüb. Qarşılaşma sabah saat 21:00-dan ekranlara gələcək. İTV iyulun 31-də cavab görüşünü də canlı təqdim edəcək.