
"Araz-Naxçıvan" Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovu transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalistlərə Naxçıvan Futbol Federasiyasının prezidenti və klubun faktiki rəhbəri Zaur Axundov məlumat verib.
Onun sözlərinə görə, 30 yaşlı müdafiəçi ilə tezliklə rəsmi müqavilə bağlanılacaq: "Sonuncu transferimiz Rahil Məmmədovdur. O, hazırda Polşadadır. Bu gün-sabah "Araz-Naxçıvan"a qoşulacaq və transferini açıqlayacağıq. Danışıqlar 99 faiz başa çatıb. Artıq komandamız tam komplektləşib".
Məmmədovun son klubu Polşa "Radomyak"ı olub.