
Moldovada "Petrokub" və "Sabah" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda qeyri-adi olay baş verib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı idarə edən israilli referi Qay Leyboviç 77-ci dəqiqədə zədələnib.
Ayağının burxulduğunu göstərən Leyboviç həkimlərdən yardım istəyib. Ona meydanda 3 dəqiqəyədək tibbi yardım göstərilib.
Baş hakim həkim müdaxiləsindən sonra oyuna davam edə bilib.
"Sabah" məhz bundan sonra qollar vuraraq, matçı qələbə ilə başa vurub - 2:0.