İspaniyanın "Real Madrid" klubu futbolçusu Vinisius Juniorla bağlı qərarını verib.

 

Sportnet.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu" braziliyalı hücumçu ilə müqaviləni yeniləməyi planlaşdırır.

 

Məlumata görə, Madrid təmsilçisi 25 yaşlı oyunçunun gələcəyindən narahat deyil.

 

Vinisiusun özü də “Real Madrid”dəki özünü xoşbəxt hiss edir. O, komandada qalmaq istəyinə əmindir.

 

Qeyd edək ki, Vinisius Junior ötən mövsüm ərzində meydana çıxdığı 58 oyunda 22 qol və 16 məhsuldar ötürmə müəllifi olub. Onun "Real Madrid"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.