
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində potensial rəqibi məlum olub.
Sportnet.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Aris” səddini keçəcəyi təqdirdə, Kipr “Omoniya”sı ilə qarşılaşacaqlar.
"Omoniya" turnirin II təsnifat mərhələsində evdə 1:0 hesabı ilə yendiyi Gürcüstanın "Torpedo Kutaisi" komandasını səfərdə darmadağın edib - 4:0.
Qeyd edək ki, hazırda davam edən “Aris” - “Araz-Naxçıvan” matçında Elmar Baxşıyevin kollektivi 2:0 hesabı ilə öndədir. Bakıda keçirilmiş ilk qarşılaşma “qırmızı-ağlar”ın 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.