
Azərbaycanlı FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev avqustun 21-də keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarına təyinat alıb.
Sportnet.az xəbər verir ki, Ağayev Ukraynanın "Polesye" və İtaliyanın "Fiorentina" komandaları arasında təşkil olunacaq qarşılaşmanın baş hakimi olacaq.
Matç Slovakiyanın Preşov şəhərindəki "Tatran Arena"da təşkil ediləcək.
Məsiyev isə Sloveniyanın "Tsele" və Çexiyanın "Bank Ostrava" klublarının görüşündə əsas söz sahibi olacaq. Bu oyun Tsele şəhərindəki eyniadlı stadionunda baş tutacaq.
"Polesye" (Ukrayna) - "Fiorentina) (İtaliya)
Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Kamal Umudlu (hamısı Azərbaycan)
VAR hakimi: Robert Şröder (Almaniya)
VAR hakiminin köməkçisi: İnqilab Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Maykl Rili (İngiltərə)
UEFA nümayəndəsi: Anna Kapasoğlou (Yunanıstan)
"Tsele" (Sloveniya) - "Bank Ostrava" (Çexiya)
Baş hakim: Elçin Məsiyev
Yan xətt hakimləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Fərid Hacıyev (hamısı Azərbaycan)
VAR hakimi: Luka Payretto (İtaliya)
VAR hakiminin köməkçisi: Rəşad Əhmədov (Azərbaycan)
Hakim-inspektor: Uilyam Kollum (Şotlandiya)
UEFA nümayəndəsi: Enqli Kokona (Albaniya)
Xatırladaq ki, hər iki matç Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.