
"Sumqayıt" komandasının yeni kapitanı açıqlanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sarğı Səbuhi Abdullazadəyə verilib.
Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roi Kehat olacaq.
Qeyd edək ki, "Sumqayıt" bu mövsüm Azərbaycan Premyer Liqasında ilk oyununu avqustun 17-də Mehdi Hüseynzadə adına şəhər stadionunda "Kəpəz"ə qarşı keçirəcək. Oyun saat 20:30-da başlanacaq.