
Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 7-də "İnter"i 4:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu sona 2 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bununla əlaqədar Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Qarabağ"ı təbrik edib.
Foqts Ağdam komandasına Çempionlar Liqasında uğurlar arzulayıb.