
Monteneqro və Azərbaycanın 17 yaşadək futbolçuları arasında hazırda keçirilən ikinci yoldaşlıq görüşündə dava düşüb.
Sportnet.az-ın məlumatına görə, münaqişə epizodu 51-ci dəqiqədə baş verib.
Top Azərbaycan millisinin futbolçusu Abbas Zeynalovda olduğu vaxt rəqib oyunçu onu özü ilə bərabər yerə yıxıb. Zeynalov isə yerdə ikən monteneqrolu futbolçunu ayağı ilə vurub.
Nəticədə digər futbolçuların da iştirakı ilə meydanda kütləvi dava baş verib. Qısa müddətdə münaqişəni sakitləşdirmək mümkün olub. Zeynalov qırmızı vərəqə alaraq, meydandan qovulub.
Bir müddətlik fasilədən sonra oyun davam etdirilib.
Qeyd edək ki, hazırda Azərbaycan millisi hesabda geridədir - 1:2.