
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun heyətində çıxış etdiyi Bolqarıstanın “Arda” komandası UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisinin klubu Polşada “Rakuv”a minimal hesabla uduzub - 0:1.
Hüseynov start heyətində meydana çıxıb, 90+1-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, cavab oyunu 1 həftə sonra Bolqarıstanda baş tutacaq.