
"Əhval-ruhiyyə yaxşıdır, komandada hər şey qaydasındadır. Biz bura yalnız qələbə üçün gəlmişik".
Sportnet.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun futbolçusu Toon Raemaekers Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
25 yaşlı belçikalı müdafiəçi 1:3 hesabı ilə uduzduqları ilk matçda bəzi səhvlərə yol verdiklərini etiraf edib: "Fikrimcə, gözlədiyimiz oyunu tam göstərə bilmədik, bəxtimiz də gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik".
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:45-də başlanacaq.