
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Avqustun 29-da AFFA-nın inzibati binasında təşkil olunacaq konfrans saat 11:00-da başlayacaq.
Bildirilib ki, mətbuat konfransında milli komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki digər rəqibi Fransa yığmasıdır.