
Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev tutduğu vəzifədən istefa verib.
Sportnet.az-ın məlumatına görə, əslən azərbaycanlı mütəxəssis belə bir addımı atacağını Belçikaya səfərdə 0:6 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra bildirib.
O deyib: "Məğlubiyyət mənim günahımdır, tam üzərimə götürürəm. Ərizə yazıb istefa verəcəyəm. Bu barədə qayıdan kimi federasiya prezidentini məlumatlandıracağam".
45 yaşlı baş məşqçi yanvarın 31-də Stanislav Çerçesovu əvəzləyərək, Qazaxıstan millisinin sükanı arxasına keçib. Komanda J qrupundakı 5 matçından 4 məğlubiyyət və 1 qələbə ilə ayrılaraq, 3 xalla 4-cü yeri tutur.