
İspaniyanın “Real Madrid” klubu İngiltərə “Tottenhem”inin futbolçusu Mikki van de Venlə maraqlanır.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu niderlandlı müdafiəçini qarşıdakı qış üçün transfer hədəflərindən biri hesab edir.
“Kral klubu” müdafiəçi üçün təxminən 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Mikki van de Ven 2024/2025 mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 22 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq.