
"İlk növbədə, demək istəyirəm ki, bu, azarkeşlərə bəxş etmək istədiyimiz gecə deyildi. Onlar daha artığına layiq idilər. Onlar ilk 30 dəqiqədəki kimi 90 dəqiqəyə layiq idilər. Azarkeşlər belə bir ilk avrokubok gecəsinə layiq deyildilər".
Sportnet.az xəbər verir ki, bunu "Benfika"nın baş məşqçisi Brunu Laji evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis komanda üçün heç vaxt problem olmayacağını bildirib: "Bilirəm ki, "Benfika" mənə nə qədər sevinc və gözəl karyera bəxş edib. Klub prezidenti azarkeşlərin onu dəstəkləmədiklərini və buna görə mənim ciddi məsuliyyət daşıdığımı, komandanın oyununun qeyri-qənaətbəxşliyini və və buna görə mənim əsas səbəbkar olduğumu, tapşırıqlarımın oyunçulara çatmadığını və ya onların məni dəstəkləmədiklərini, hazırda bu işə uyğun gəlmədiyimi hiss etdikdə, "Benfika" mənə yalnız bu günümə qədər olan maaşımı ödəyə bilər".