UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun daha 6 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların yarısı "Qarabağ"ın növbəti turlarda qarşılaşacağı komandaların iştirakı ilə gerçəkləşib.
İngiltərə təmsilçilərindən "Çelsi" Almaniyada "Bavariya"ya məğlub olub. Meydan sahiblərinin qollarından ikisini Harri Keyn vurub.
Liqanın favoritlərindən sayılan "Liverpul" İspaniya "Atletiko"sunu yalnız son dəqiqə qolu ilə məğlub etməyi bacarıb.
"Ayaks" isə Niderlandda İtaliya "İnter"inə Markus Türamın "dubl"u ilə uduzub.
Digər matçlara gəldikdə, Çempionlar Liqasının son qalibi PSJ Fransada İtaliya "Atalanta"sını darmadağın edib.
Günün ilk görüşləri isə debütantların iştirakı ilə olub. Norveç "Budö Qlimt"i Çexiyada "Slaviya" ilə əzmkar heç-heçəyə nail olub. Kipr "Pafos"u isə Yunanıstanda "Olimpiakos"la qarşılaşmada azlıqda qalmasına baxmayaraq, 1 xal qazanmağı bacarıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
17 sentyabr
20:45. "Slaviya" (Çexiya) - "Budö Qlimt" (Norveç) - 2:2
Qollar: Yussufa Mboci, 23; 74 - Daniel Bassi, 78. Sondre Fet, 90
İstifadə olunmamış penalti: Kasper Höq, 54 ("Budö Qlimt")
20:45. "Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) - 0:0
Qırmızı vərəqə: Bruno, 26 ("Pafos")
23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1
Qollar: Trevon Çaloba, 20 (öz qapısına). Harri Keyn, 27 (pen.); 63 - Koul Palmer, 29
23:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2
Qollar: Endi Robertson, 4. Məhəmməd Salah, 6. Vircil van Deyk, 90+2 - Markos Lyorente, 45+1; 81
23:00. PSJ (Fransa) - "Atalanta" (İtaliya) - 4:0
Qollar: Markinyos, 3. Xviça Kvaratsxeliya, 39. Nunu Mendeş, 51. Qonsalo Ramos, 90+1
İstifadə olunmamış penalti: Bradli Barkola, 44 (PSJ)
23:00. "Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2
Qollar: Markus Türam, 42; 47








































































