
"Benfika" komandası baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında ilk matçında böyük hesablı qələbə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Lissabon təmsilçisi Portuqaliya çempionatının VI turunda səfərdə AFS klubunu darmadağın edib - 3:0.
Yeni transfer Georgi Sudakov 45-ci dəqiqədə hesabı açıb. 59-cu dəqiqədə Vangelis Pavlidis penaltini dəqiq yerinə yetirib. 64-cü dəqiqədə isə Franyo İvanoviç yekun nəticəni müəyyənləşdirib.
Bununla da xalını 13-ə çatdıran "Benfika" 2-ci pilləyə qalxıb. AFS isə 1 xalla 18-cidir.
Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda evdə "Qarabağ"a uduzub - 2:3. Bu məğlubiyyətdən sonra Brunu Laji baş məşqçi postundan istefaya göndərilib. Onu Joze Mourinyo əvəzləyib.