
İngiltərənin "Mançester Yunayted" klubu İspaniya "Real Madrid"inin və Türkiyə millisinin futbolçusu Arda Gülərlə maraqlanır.
Sportnet.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 20 yaşlı yarımmüdafiəçinin transferi üçün fəaliyyətə başlayıb.
"Kral klubu" isə Güləri satmaq istəmir. Yeganə istisna sərbəst qalma bəndi üçün məbləğin müəyyənləşdirilməsidir.
Bu məbləğin 50 milyon avro civarında olduğu, danışıqlar zamanı daha da artmasının mümkünlüyü də vurğulanır.
Qeyd edək ki, Arda Gülərin "Real Madrid"lə 2029-cu ilədək müqaviləsi var.