
İngiltərənin "Liverpul" komandasının futbolçusu Uqo Ekitikenin "Sautgempton"la İngitərə Kubokunun 1/16 final matçında qol vurduqdan sonra köynəyini çıxarması meydandan qovulması bahasına başa gəlib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu 85-ci dəqiqədə fərqləndiyi vaxt passivində bir sarı vərəqəsi olub.
Bunu unudan fransalı forvard köynəyini çıxararaq, qol sevincini bölüşmək istəyib. Nəticədə Ekitike ikinci sarı vərəqəni alaraq, oyundan kənarlaşdırılıb. Qarşılaşma "Liverpul"un qələbəsi ilə yekunlaşıb - 2:1. "Qırmızılar"ın ilk qolunu da yeni transfer ALeksandr İsak vurub.
Qeyd edək ki, Uqo Ekitike "Liverpul"a bu yay "Ayntraxt"dan keçib. O, 8 oyunda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Ekitikenin hazırkı müqaviləsi 2031-ci ilin yayınadəkdir.