
Yunanıstan PAOK-unun azarkeşləri UEFA Avropa Liqasında Liqa mərhələsinin "Makkabi" (Təl-Əviv) komandası ilə ilk tur matçında İsrail əleyhinə etiraz aksiyası keçiriblər.
Sportnet.az-ın məlumatına görə, 0:0 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşma zamanı yerli fanatlar tribunalarda Fələstin bayraqlarını dalğalandırıblar.
Onlar "Genosidə son!", "İsrailə qırmızı vərəqə göstərin", "İsrailə boykot" şüarları da səsləndiriblər.
Qeyd edək ki, daha əvvəl UEFA-nın yaxın vaxtlarda İsrail klubu və yığmalarını ABŞ-ın təzyiqlərinə görə öz bayrağı altındakı turnirlərdən uzaqlaşdırmayacağı müəyyənləşib.
Bu ilin martında İsrail hərbçiləri Qəzza sektorunda döyüş əməliyyatlarına yenidən başlayıblar.