
"Oyun yaxşı keçdi, rəqib keyfiyyətli idi".
Bunu Sportnet.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın U-16 millisinin futbolçusu Xəzər Hüseynzadə III MDB Oyunlarında Tacikistana qalib gəldikləri ilk tur matçından sonra deyib.
Yeganə qolun müəllifi ilk yarıda qol vurduqdan sonra ikinci hissədə hesabı qorumağı bacardıqlarını bildirib. O, məşqdə üzərində çalışdıqları qol jestini oyunda həyata keçirdiklərini söyləyib.
Hüseynzadə sentyabrın 29-da Qırğızıstana qarşı keçirəcəkləri növbəti qarşılaşmadan da qələbə gözlədiklərini dilə gətirib: "Rəqib güclüdür, amma biz qələbə üçün mübarizə aparacağıq. Hədəfimiz çempionluqdur".
Qeyd edək ki, III MDB Oyunlarında futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.