
Bu gün Azərbaycan Premyer Liqasında VII turun son oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların hər ikisi bölgələrdə təşkil olunacaq.
Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" "Sabah"ı qəbul edəcək. Hazırda yevlaxlılar 6 matçdan 5 xalla 10-cu, masazırlılar 5 görüşdən 8 xalla 6-cı pillədə qərarlaşıblar. İki komanda indiyədək üz-üzə gəlməyib.
Turun son oyunu isə Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Şamaxı" arasında olacaq. "Qəbələ" 6 turdan sonra 4 xalla 11-ci yerdə gedir. Əvəzində "Şamaxı" 6 xalla 9-cudur. Bu, iki komandanın çempionatda 60-cı görüşü olacaq. Qarşılaşmalarda qələbə sayı bərabərdirsə (hərəyə 19), heç-heçələr 21-dir. Topların nisbətində isə "Şamaxı" öndədir - 74:64. Şəxsi görüşlərdə “Şamaxı” son 8 oyunda qələbə qazanmayıb. “Qəbələ” axırıncı 2 ev matçında 2 top fərqi ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası, VII tur
5 oktyabr (bazar)
“Karvan-Yevlax” – “Sabah”
15:00. Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Şamaxı şəhər stadionu
17:30. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" evdə "İmişli"ni 2:0, "Qarabağ" "Kəpəz"i 1:0, "Turan Tovuz" isə səfərdə "Sumqayıt"ı 3:0 hesablı məğlubiyyətə uğradıb. Yalnız "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 2:2.