
Sportnet.az xəbər verir ki, baş məşqçi Rəşad Eyyubov qarşıdakı rəsmi oyunlarla bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
O, komandasını həm səfərdə Çexiyaya, həm də evdə Şotlandiyaya qarşı iki maraqlı oyunun gözlədiyini bildirib: "İlk növbədə, mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdir. Taktiki planımız da komandanı buna sövq etməlidir. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir. Oyunçularımıza inanıram, məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdir”.
Qeyd edək ki, B qrupunda yer alan U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, oktyabrın 14-də isə “Dalğa Arena”da Şotlandiya yığması ilə qarşılaşacaq.