
AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyun ərəfəsində fikir mübadiləsi aparılıb.
Leyla Abdullayeva qarşıdakı matçda milli komandamıza uğurlar arzulayıb. Sonda səfirə Azərbaycan millisinin forması hədiyyə olunub.